İcracılar üçün Məxfilik Bildirişi

YuGo MMC (şirkətin qeydiyyat nömrəsi) ("YuGo") İcracıların fərdi məlumatlarına nəzarət edir.

"Biz" dedikdə YuGo şirkəti və YuGo tətbiqinin sahibi, Azərbaycan Respublikasında təsis edilmiş "YUGO" məhdud məsuliyyətli özəl şirkət nəzərdə tutulur.

1. Tərəfimizdən işlənilən fərdi məlumatlar

Ad, e-poçt ünvanı, telefon nömrəsi, yaşayış yeri.

İcracıların geolokasiyası.

İcracının bazarda iştirakı və qarşılıqlı əlaqəsi, həmçinin icracının reytinqləri (İcaracı Xalı daxil olmaqla).

İcracı üzrə hüquqi şəxsin və ya fərdi sahibkarın məlumatları, fotoşəkil, peşə və şəxsiyyəti təsdiq edən sənədlər.

Məhkumluq və qanun pozuntuları haqqında məlumatlar. Xidmətlərin göstərilməsi ilə əlaqədar maliyyə məlumatları fərdi məlumatlar hesab olunmur, çünki icracılar iqtisadi və peşə fəaliyyəti çərçivəsində xidmət göstərirlər.

Əlaqə və yazışmaların qeydləri: məsələn, icracı bizim tətbiqdaxili çat funksiyamız ("Mesaj göndərmək") vasitəsilə əlaqə saxladıqda və ya müştəri xidməti təmsilçilərimizlə danışdıqda, kommunikasiyanın tarixi, vaxtı və məzmunu.

2. Məlumatların işlənməsinin məqsədləri

Biz sifarişcilərə şəhərlərdə daha səmərəli xidmət almağa kömək etmək məqsədilə icracılarla əlaqələndirmək üçün fərdi məlumatları toplayır və işləyirik.

Geolokasiya və hərəkət marşrutları coğrafi bölgəni təhlil etmək və sifarişcilərə tövsiyələr vermək üçün işlənir. Geolokasiyanızı Sifarişcilərə bildirmək istəmirsinizsə, YuGo tətbiqini bağlamalı və ya YuGo tətbiqində oflayn rejimində olduğunuzu və hazırda xidmət göstərmədiyinizi qeyd etməlisiniz.

Sifarişcilər icracının ünvanını tanıya bilməsi üçün YuGo tətbiqində məkanın şəkli, adı və məkanın digər təfərrüatları göstərilir.

Əks əlaqə qurmaq, habelə mübahisələri və xidmətlərin keyfiyyəti ilə əlaqədar məsələləri həll etmək məqsədilə müştəri xidməti məlumatları və yazışmalar toplanır.

Birbaşa YuGo tətbiqi daxilində ani mesajlaşma ilə əlaqəli fərdi məlumatlar, icracı və sifarişci arasında hər hansı mübahisəni həll etməli olduğumuz hallar də daxil olmaqla, yardım və müştəri dəstəyi təmin etmək məqsədilə işlənir.

Biz istifadəçilərin təhlükəsizliyini artırmaq, icracıların İcfrracı üçün Şərtlərə riayət etməsini təmin etmək və hər kəs üçün xoş olan keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədilə İcracı bazarda iştirakı və qarşılıqlı əlaqəsi, habelə icracı reytinqləri (İcracı Xalı daxil olmaqla) haqqında məlumat toplayır və istifadə edirik. Əgər İcracı Xalı müəyyən həddən aşağı düşərsə, biz İcracıya bildiriş göndərə və ya misal üçün, əlavə təlimatlarla tanış olmasını tələb edə bilərik. Xalınız düşməyə davam edərsə, YuGo platformasından müvəqqəti olaraq uzaqlaşdırılacaqsınız. Hesabınızın dayandırılması ilə əlaqədar istənilən qərardan şikayət verə bilərsiniz. Hesabınızın dayandırılması ilə əlaqədar qərardan şikayət etmək qaydası barədə ətraflı məlumatı burada İcracı Xalına dair tez-tez verilən suallar bölməsindən əldə edə bilərsiniz.

3. Hüquqi əsas

Fərdi məlumatlar icracı ilə bağlanmış müqavilənin icrası üçün işlənilir. YuGo xidmətlərindən istifadə üçün ilkin şərt icracının kimlik, xidmət və geolokasiya məlumatlarının işlənməsidir.

Fərdi məlumatlar, saxta ödənişlərin araşdırılması və aşkar edilməsi kimi fəaliyyətlər də daxil olmaqla, qanuni maraq əsasında işlənə bilər.

Məhkumluq və qanun pozuntuları haqqında məlumatlar hüquqi öhdəliklərə uyğunluğu təmin etmək üçün işlənir.

4. Məlumatları alanlar

Fərdi məlumatlarınız yalnız sifarişini qəbul etdiyiniz sifarişciyə açıqlanır. Sifarişcilər icracının adını, xidmət növünü , telefon nömrəsini, fotoşəklini və geolokasiya məlumatlarını görəcəklər. Sifarişcilər icracının fərdi məlumatlarını qəbzdə də görürlər.

İcracı harada olmasından asılı olaraq, fərdi məlumatlar YuGo və tərəfdaşlarına (yerli törəmə şirkətlərinə, nümayəndələrinə, filiallarına, agentlərinə və s.) açıqlana bilər. YuGo və tərəfdaşları tərəfindən fərdi məlumatların işlənməsi bu məxfilik bildirişində müəyyən edildiyi kimi eyni şərtlərəsasında həyata keçiriləcək.

Fərdi məlumatların Azərbaycandan kənara ötürülməsi  link ilə həyata keçiriləcək.

5. Təhlükəsizlik və əlçatanlıq

Xidmətlər təmin edildiyi müddətdə toplanan istənilən fərdi məlumatlar Avropa İttifaqının üzv Dövlətlərinin ərazilərində yerləşən Zone Media LTD və/ya Amazon Web Services, Inc. şirkətinin məlumat mərkəzlərinə ötürülür və orada saxlanılır. Yalnız YuGo və tərəfdaşlarının səlahiyyətli əməkdaşlarının fərdi məlumatlara çıxışı var və onlar məlumatları yalnız xidmətlərdən istifadə ilə əlaqədar məsələlərin (o cümlədən, xidmətlərə dair mübahisələrin) həll edilməsi məqsədilə əldə edə bilərlər.

YuGo və tərəfdaşları müvafiq ölkədə müştəri dəstəyi təmin etmək üçün lazım olan dərəcədə fərdi məlumatlara çıxış imkanı əldə edə bilər. 

6. Sifarişcilərin fərdi məlumatlarının işlənməsi

Siz icazəmiz olmadan Sifarişcilərin fərdi məlumatlarını işləyə bilməzsiniz. Siz heç bir Sifarişci ilə əlaqə saxlaya və ya sifarişci tərəfindən təqdim edilən və ya YuGo tətbiqi vasitəsilə əldə etdiyiniz fərdi məlumatları xidmətlərin yerinə yetirilməsi məqsədlərindən başqa istənilən səbəbdən toplaya, qeyd edə, saxlaya, paylaşa, istifadə edə və ya çarpaz istifadə edə bilməzsiniz.

Siz Sifarişcilər üçün Məxfilik Siyasətində (http:/link) sifarişcilərin fərdi məlumatlarının işlənməsinə dair müəyyən edilmiş qayda və şərtlərə mütləq riayət etməlisiniz. Sifarişcilərin fərdi məlumatlarının işlənməsinə dair tələbləri pozduğunuz halda, icracı hesabınızı bağlaya və dəymiş ziyanın əvəzini ödəməyinizi sizdən tələb edə bilərik.

7. Məlumatlara çıxış imkanı, məlumatlara düzəliş edilməsi, məlumatların saxlanması,silinməsi və daşınması

Fərdi məlumatlara YuGo tətbiqində baxmaq və düzəliş etmək mümkündür.

Fərdi məlumatlarınız icracı hesabınız aktiv olduğu müddətdə saxlanacaq. Hesabınız bağlandığı təqdirdə fərdi məlumatlarınız daha 3 il saxlanılacaq.

Mühasibat uçotu üçün lazım olan məlumatlar 7 il müddətində saxlanılır.

İnzibati xəta və ya cinayət, fırıldaqçılıq və ya yanlış məlumatın təqdim olunması ilə əlaqədar şübhələr olduqda, məlumatlar 10 il müddətində saxlanılır.

Mübahisələr olduqda, məlumatlar iddia təmin olunana və ya həmin iddiaların qüvvədən düşmə tarixinə qədər saxlanılır.

Biz fərdi məlumatların silinməsi və ötürülməsinə dair e-poçt vasitəsilə göndərilmiş sorğuya bir ay ərzində cavab veririk və məlumatların silinməsi və ötürülməsi müddətini qeyd edirik.

Qeydə alınmış danışıqlar 1 il saxlanılır.

8. Mübahisələrin həlli

Fərdi məlumatların işlənməsi ilə əlaqədar mübahisələr müştəri dəstəyi (admin@yugo.az) vasitəsilə əlaqə saxlamaqla həll edilir.