Sifarişcilər üçün Məxfilik Bildirişi

Bu məxfilik bildirişində fərdi məlumatlarınızın necə qeydinə qalacağımızı öyrənə biləcəksiniz.Bu bildirişdə xidmətlər paketimizi sizə təqdim etmək üçün hansı məlumatlardanistifadə etdiyimiz, təhlükəsizliyinizi qorumaq üçün məlumatlarınızdan necə istifadə etdiyimiz, habelə sizin istifadə edə biləcəyiniz seçim və nəzarət variantları izah edilir. Bu bildiriş həmçinin məxfilik hüquqlarınızdan və məlumatların mühafizəsinə dair qaydaların hər kəsi necə qoruduğundan bəhs edir.

Aşağıda başqa cür qeyd olunmadığı təqdirdə, fərdi məlumatlarınıza "YuGo" MMC nəzarət edir.

Poçt ünvanımız: admin@yugo.az

Biz Məlumatların mühafizəsi üzrə məsul şəxs təyin etmişik. Həmin şəxslə admin@yugo.az ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

"Biz" dedikdə YuGo şirkəti və YuGo tətbiqinin sahibi, Azərbaycan Respublikasında təsis edilmiş "YuGo" məhdud məsuliyyətli özəl şirkət nəzərdə tutulur. "Siz" və ya "sizin"dedikdə YuGo tətbiqindəki hesabı vasitəsilə xidmət üçün müraciət edən, qəbul edən və/və ya alan sifarişci nəzərdə tutulur.

1. Tərəfimizdən işlənilən fərdi məlumatlar

Biz yalnız xidmət bazarımızda sizə ən yaxşı xidmət göstərə bilməyimiz üçün bizə lazım olan məlumatları işləyirik.

Əlaqə təfərrüatları: ad, telefon nömrəsi və e-poçt ünvanı kimi məlumatlar. Bəzixidmətlərimiz üçün bir qədər daha çox məlumat, məsələn ev ünvanınızı bildirməyinizi xahiş edə bilərik.

Profil məlumatı: profil şəkliniz, yadda saxlanmış ünvanlar, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələri, markaları, dil və əlaqə seçimləri kimi məlumatlar. Bəzi xidmətlərimiz üçün bir qədər daha çox məlumat, məsələn sürücülük vəsiqənizin təfərrüatlarını bildirməyinizi xahiş edə bilərik.

Geolokasiya: məsələn, haradan yola düşəcəyiniz və ya sizə ən yaxın xidmət məntəqələrinin yeri, vaxt, xidmətin müddəti və gedişinizin son təyinat nöqtəsi.

Hesablanan məbləğ və istifadə edilən ödəniş kartı kimi ödəniş məlumatları.Tətbiqdaxili çat funksiyamız vasitəsilə əlaqə saxladığınız və ya müştəri xidmətitəmsilçilərimizlə danışdığınız zaman əlaqə və yazışmaların qeydləri.

YuGo tətbiqinin quraşdırıldığı cihazın identifikasiyası üçün məhdud məlumatlar,məsələn, IP ünvanı.

Xidmətlərindən istifadəyə dair məlumatlar: məsələn, xidmətin statusu, vaxtvə icrasının qiymətləndirmələrinə əsasən davranışınız barədə məlumatlar.

2. Məlumatların işlənməsinin məqsədi

Fərdi məlumatlarınızı sizə xidmətlərimizdən birini və ya bir neçəsini təqdim edəbilmək üçün işləyirik:

Sizi icracı ilə əlaqələndiririk, xidmət mətəqəsini tapmaqda və ya müqayisə etmıkdə sizə kömək edirik: Fərdi məlumatlarınızı sizi qarşılaya və xidmət edəbilmələri üçün icracılarla əlaqələndirmək məqsədilə yaxud xidmət ala biləcəcəyini ən yaxın məntəqələrin harada olduğunu göstərmək üçün toplayır və işləyirik.

Qarşılama və xidmət effektivliyini, habelə səfər və marşrutun şəffaflığını təmin etmək üçün, xidmət sifariş edərkən sifarişcilərin geolokasiya məlumatlarını və telefon nömrələrini icracılara göstəririk. Həmin məlumatlar yalnız YuGo tətbiqi aktivləşdirildikdə toplanır. YuGo tətbiqini bağladıqdan sonra geolokasiya məlumatlarının toplanması dayanır.

Xidmətin rahat keçməsini təmin edirik: Xidmət nöqtəsinə çatmağınızı təmin etmək və xidmətlərimizin keyfiyyəti ilə əlaqədar problemləri həll etmək üçün geolokasiya məlumatlarından istifadə edirik.

Tətbiqin optimal işləməsini təmin edirik: Biz əlaqə məlumatlarından istifadə edərək sifarişcilərə YuGo tətbiqindəki yeniləmələr barədə məlumatlandırırıq ki,xidmətlərimizdən istifadə etməyə davam edə biləsiniz. Biz həmçinin sizi internet,mobil və telefon xidmətlərimizə qoşmaq və hesabınızın təhlükəsizliyiniautentifikasiya və doğrulama yoxlamaları vasitəsilə qorumaq üçün istifadə etdiyiniz cihazdan məhdud məlumatları toplayırıq.

Xidmətin sizin üçün ən sürətli, ən əlverişli və ən rahat olmasını təminedirik: Coğrafi əhatə dairəmizi, xidmət növlərini, keyfiyyətini və qiymətini təhlil etmək üçün sifariçcilərdən xidməthaqqında məlumat toplayırıq. Bu, məsələn, icracılara ən səmərəli xidmətlər barədə daha münasib tövsiyələr verməyimizə imkan verir, keyfiyyətli xidmət olmasını təmin etməyə kömək edir.

ödənişinizi toplayırıq: Xidmət sifarişi üçün sifariçcilərdən alınan ödənişləri icracıların adından rəsmiləşdirmək məqsədilə ödəniş təfərrüatlarını əldə edirik.

Biz standartlara riayət olunmasını təmin və təşviq edirik: Biz istifadəçilərintəhlükəsizliyini təmin etmək, şərtlərimizin yerinə yetirilməsini təşviq etmək və hərkəs üçün xoş olan keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədilə xidmət statusları, vaxt və icracı rəyləri əsasında sifarişci reytinqləri haqqında məlumatları toplayırıq. Əks əlaqə qurmaq, habelə mübahisələri və xidmətlərin keyfiyyəti ilə əlaqədar məsələləri həll etmək məqsədilə müştəri xidməti məlumatları və yazışmalar toplanır.

Sizi davamlı surətdə məlumatlandırırıq: Adınız, telefon nömrəniz və e-poçtünvanınız sizinlə əlaqə saxlamaq, məsələn, xidmətin başa çatladığını sizə bildirmək, sizə xidmət təsdiqləri və qəbzlərini göndərmək, habelə sizə xidmətlərlə əlaqədar mühüm yeniləmələr barədə məlumat vermək üçün istifadə olunacaq.

3. Hüquqi əsas

Əgər əsaslı səbəbimiz varsa, fərdi məlumatlardan yuxarıda qeyd olunan üsullarla istifadə etməyimizə icazə verilir. Biz məlumatlarınızla hər hansı bir hərəkət etmək üçün əsaslı səbəbin olub olmadığını həmişə yoxlayırıq.

Fərdi məlumatlar adətən YuGo tətbiqi vasitəsilə sizinlə razılaşdırılmış xidmətləri təmin etmək üçün işlənir. Bu o deməkdir ki, sizə vəd etdiyimiz xidməti göstərmək və şərtlərimizə riayət etmək üçün biz həmin öhdəlikləri yerinə yetirmək məqsədilə fərdi məlumatlarınızı işləyəcəyik.

Digər hallarda, biz fərdi məlumatlarınızın işlənməsi üçün qanuni maraqlaraəsaslanırıq. Qanuni maraqlara, həmin maraqlardan üstün digər maraqlar olmadığıhalda, sifarişci və tərəfdaşlarımıza innovativ, fərdiləşdirilmiş, təhlükəsiz və sərfəlixidmətlərin göstərilməsi ilə əlaqədar kommersiya maraqlarımız daxildir. Qanunimaraqlarımıza həmçinin saxta ödənişlərin və digər zərərli fəaliyyətlərin araşdırılması və aşkar edilməsi, şəbəkə və sistemlərimizin təhlükəsizliyinin təmin edilməsi, şübhəli və ya faktiki cinayət əməllərinə qarşı cavab tədbirlərinin həyata keçirilməsi kimi fəaliyyətlər daxildir.Aşağıda qeyd olunan hallarda vaxtaşırı olaraq alternativ hüquqi əsaslara müraciət edə bilərik:

misal üçün, fərdi məlumatların məhkəmə və ya tənzimləyici orqan kimi üçüncü tərəfə açıqlanması üçün etibarlı hüquqi sorğu olduqda, qanunla tələb olunan hallarda məlumatların işlənməsi kimi hüquqi öhdəliyə riayət etmək zərurəti olduğu təqdirdə;

öz həyati əhəmiyyətli maraqlarınızı və ya başqalarının maraqlarını qorumaq üçün(məsələn, fövqəladə halda və ya həyat üçün bilavasitə təhlükə olduqda); və ya

bizə tam məlumatlandırılmış olduğunuz başqa bir konkret məqsəd üçün bunuetməyə açıq şəkildə razılıq verdiyiniz halda.

Siz fərdi məlumatlarınızı bizə verməmək qərarına gəlsəniz, bu, sizinlə razılaşdırdığımızşərtləri yerinə yetirməyimizə və ya qanuni olaraq bizdən tələb olunan hər hansı bir işigörməyimizə mane ola bilər. Bu həmçinin o deməkdir ki, hesabınızı idarə edə bilməyəcəyik.Misal üçün, biz YuGo tətbiqini quraşdırdığınız və istifadə etdiyiniz müddətdə təqdim etdiyiniz fərdi məlumatları toplayır və işləyirik; geolokasiya məlumatlarınızı tətbiq vasitəsilə paylaşmaqdan imtina etməyiniz o deməkdir ki, sizə yaxın xidmət mətəqələrinə yönəldə bilməyəcəyik. Digər hallarda biz qarşınızda götürdüyümüz öhdəlikləri yerinə yetirə bilməyəcəyik, misal üçün, hesabınızın etibarlılığını təmin etmək üçün şəxsiyyətinizin yoxlanılmasından imtina etdiyiniz təqdirdə hesabınız fırıldaqçılığın qarşısını almaq məqsədilə dayandırıla və ya bloklana bilər.

4. Məlumatları alanlar

Biz yalnız etibarlı tərəfdaşlar və səlahiyyətli orqanlarla işləyirik. Biz məlumatı yalnız bunun üçün ciddi səbəb olduqda paylaşırıq. Biz yalnız tələb olunan məlumatları paylaşırıq. Biz fərdi məlumatlarınızı satmırıq.

Sifariçcilərin fərdi məlumatları xidmət sifarişi alan icracıya yalnız YuGo tətbiqi vasitəsilə açıqlanır; belə halda icracı sifarişcinin adını, telefon nömrəsini, nəqliyyat vasitəsi üzrə məlumatları, xidmət növünü, ödəniş növünü və məbləğini, xidmət trixini və saatını və geolokasiya məlumatlarını görür.

Xidmət göstərildikdən sonra icracı xidmət sifariş edən sifarişcinin adı vətelefon nömrəsini 24-48 saat ərzində görə bilir. Bu ona görədir ki, icracılar sifarişci ilə əlaqədar istənilən problemi həll edə, məsələn, xidmət məntəqəsində qalan şəxsi əşyanızı sizə qaytara bilsinlər.

Sifarişci harada olmasından asılı olaraq, fərdi məlumatlar YuGo və tərəfdaşlarına(yerli törəmə şirkətlərinə, nümayəndələrinə, filiallarına, agentlərinə və s.) açıqlanabilər. YuGo və tərəfdaşları tərəfindən fərdi məlumatların işlənməsi bu məxfilik bildirişində müəyyən edildiyi kimi eyni ciddi şərtlər əsasında həyata keçiriləcək.

Bəzi hallarda qanun bizdən məlumatı kənar tərəflərlə paylaşmağı tələb edir. Misalüçün, məhkəmə qərarına əsasən və ya şikayətlərə baxılması və ya araşdırmalarlaəlaqədar məlumatların mühafizəsi üzrə nəzarət orqanı ilə əməkdaşlıq etdiyimizhallarda. Biz həmçinin müvafiq cavabın sözügedən yurisdiksiyanın qanunlarınaəsasən tələb olunduğunu və ya ictimai maraq doğuran məsələni həll etdiyini, həmin yurisdiksiyadakı istifadəçilərə təsir etdiyini və beynəlxalq səviyyədə tanınmış standartlara uyğun olduğunu doğru olaraq hesab etdiyimiz təqdirdə, sorğulara, o cümlədən hüquq-mühafizə orqanlarından daxil olan sorğulara cavab verə bilərik. İstənilən halda, biz məlumatı paylaşmaq üçün həmişə qanuni əsasımızın olduğundan əmin olacağıq və qərarımızın sənədləşdirilməsinə diqqət yetirəcəyik.

Fərdi məlumatların Azərbaycandan kənara ötürülməsi link ilə həyatakeçiriləcək.

5. Təhlükəsizlik və əlçatanlıq

Xidmətlərimizi təmin etdiyimiz müddətdə toplanan istənilən fərdi məlumatlar Avropa İttifaqının üzv Dövlətlərinin ərazilərində yerləşən Zone Media Ltd. və/ya Amazon Web Services, Inc. şirkətinin məlumat mərkəzlərinə ötürülür və orada saxlanılır.YuGo və tərəfdaşlarının səlahiyyətli əməkdaşlarının fərdi məlumatlara çıxışı var və onlar məlumatları yalnız xidmətlərdən istifadə ilə əlaqədar məsələlərin (o cümlədən, xidmətlərə dair mübahisələrin) həll edilməsi məqsədilə əldə edə bilərlər.

YuGo və tərəfdaşları müvafiq ölkədə müştəri dəstəyi təmin etmək üçün lazım olan dərəcədə fərdi məlumatlara çıxış imkanı əldə edə bilər.

6. Hüquqlarınız və nəzarət imkanlarınız

Biz fərdi məlumatlarınıza nəzarət etməyə davam etməyinizi istəyirik. YuGo sizi tətbiqvasitəsilə fərdi məlumatlarınıza, o cümlədən profil məlumatlarınıza və xidmət tarixçəsinə baxa biləcəyiniz nəzarət imkanları ilə təmin edir. Biz həmçinin marketinq e-məktubları üçün qeydiyyatdan keçmək və veb saytımızda cookie razılığına şəffaf şəkildə nəzarət etmək kimi tətbiqdaxili parametrlər təklif edirik.

Məlumatlarınıza çıxış hüququnuz

Siz YuGo tətbiqi vasitəsilə fərdi məlumatlarınıza çıxış imkanı əldə edə bilərsiniz. Fərdi məlumatlarınızın surətlərini bizdən tələb etmək hüququnuz var. Amma başqalarının hüquqlarını balanslaşdırmalı olduğumuz kimi bəzi hallarda istisnalar mövcuddur, yəni, tərəfimizdən işlənilən bütün məlumatları həmişə almağınız mümkün olmayacaq.

Düzəliş etmək hüququnuz

Siz YuGo tətbiqi vasitəsilə fərdi məlumatlarınıza daxil ola və onları yeniləyə bilərsiniz. Dəqiq olmadığını düşündüyünüz məlumatları düzəltməyi bizdən tələb etmək hüququnuz var. Bundan başqa, tam olmadığını düşündüyünüz məlumatlarıtamamlamağı bizdən tələb etmək hüququnuz var.

Silmək hüququnuz

Müəyyən hallarda fərdi məlumatlarınızı silməyi bizdən tələb etmək hüququnuz var.

Məlumatların işlənməsini məhdudlaşdırmaq hüququnuz

Müəyyən hallarda məlumatlarınızın işlənməsini məhdudlaşdırmağı bizdən tələbetmək hüququnuz var. Bu o deməkdir ki, məlumatlarınız yalnız qanuni iddialar irəlisürmək və ya qanuni hüquqları həyata keçirmək kimi müəyyən məqsədlər üçünistifadə edilə bilər.

Məlumatların işlənməsinə etiraz etmək hüququnuz

Məlumatlarınız tərəfimizdən qanuni maraqlar əsasında işləndiyi təqdirdəməlumatlarınızın işlənməsinə etiraz etmək hüququnuz ola bilər. Siz verdiyimizistənilən avtomatlaşdırılmış qərara etiraz edə və onun insan tərəfindən nəzərdənkeçirilməsini tələb edə bilərsiniz.

Məlumatların daşınması ilə əlaqədar hüququnuz

*Təqdim etdiyiniz məlumatları müəyyən hallarda bir təşkilatdan digərinə ötürməyimizi və ya sizə təqdim etməyimizi tələb etmək hüququnuz var. Bu, yalnız bizə təqdim etdiyinizməlumatlara aiddir.

7. Məlumatların saxlanması

YuGo istifadəçi məlumatlarını yalnız yuxarıda təsvir edilən məqsədlər üçün lazım olduğumüddət ərzində saxlayır. Yəni, biz məlumatların növündən, aid olduğu xidmətdən və məlumatları topladığımız məqsədlərdən asılı olaraq müxtəlif kateqoriyalı məlumatları müxtəlif müddətlər ərzində saxlayırıq.

Fərdi məlumatlarınız sifarişci hesabınız aktiv olduğu müddətdə saxlanacaq. Hesabınız bağlanarsa, fərdi məlumatlar hər hansı hüquqi öhdəliyə riayət etmək və ya mühasibat uçotu, mübahisələrin həlli və ya fırıldaqçılığın qarşısının alınmasıməqsədləri üçün hələ də zəruri olmadığı təqdirdə (saxlama cədvəlimizə vəqaydalarımıza uyğun olaraq) silinəcək.

Sifarişcilətə göstərilən xidmətlərə dair maliyyə məlumatları sonuncu xidmətdən sonra üç il ərzində saxlanılacaq. Mühasibat uçotunun digər məqsədləri üçüntələb olunan məlumatlar sonuncu xidmətdən sonra yeddi il ərzində saxlanılacaq.

Cinayət, fırıldaqçılıq və ya yanlış məlumatın verildiyinə dair şübhələr olduğu təqdirdə, məlumatlar 10 ilə qədər müddət ərzində saxlanılacaq.

ödənişlərlə əlaqədar mübahisələr olduqda, məlumatlar iddia təmin olunana və yahəmin iddiaların qüvvədən düşmə tarixinə qədər saxlanılacaq.

Xidmət tarixçəsi və xidmətlərdən istifadə məlumatları üç il ərzində saxlanılacaq, həmin müddətdən sonra isə anonimləşdiriləcək. Nəzərinizə çatdırırıq ki, cihazınızdan YuGo tətbiqini sildikdə fərdi məlumatlarınız silinmir. YuGotətbiqindən üç il ərzində istifadə etmədiyiniz təqdirdə biz sizinlə əlaqə saxlayacaq və hesabınızı gələcəkdə istifadə üçün aktiv saxlamaq istəyib istəmədiyinizi təsdiqləməyinizi xahiş edəcəyik. Ağlabatan müddət ərzində cavab alınmadıqda hesab bağlanacaq və fərdi məlumatlar bu məxfilik bildirişinin əvvəlində qeyd olunan hər hansı məqsəd üçün tələb olunmadığı təqdirdə silinəcək.

8. Birbaşa marketinq

Bizə bunu etməyə icazə vermisinizsə və ya proqrama qoşulmağınız əsasında e-poçt ünvanınıza və/və ya telefon nömrənizə birbaşa marketinq mesajları göndərə bilərik.YuGo xidmətlərindən necə istifadə etdiyiniz, məsələn, YuGo tətbiqindən nə qədər tez-tez istifadə etdiyiniz və üstünlük verdiyiniz xidmət variantları haqqındaməlumatlardan istifadə edərək birbaşa marketinq mesajlarını fərdiləşdirə bilərik.

Əgər birbaşa marketinq mesajlarını daha almaq istəmirsinizsə, e-məktublarımızınbirinin altındakı qeyd hissəsində "Abunəliyi dayandır" linkinə klik etməyinizi və yaYuGo tətbiqinin profil bölməsində abunəlikdən imtina etməyinizi xahiş edirik.

9.Mübahisələrin həlli

Fərdi məlumatların işlənməsi ilə əlaqədar mübahisələr müştəri dəstəyi(admin@yugo.az) vasitəsilə əlaqə saxlamaqla həll edilir.

10. Bu bildirişin təkmilləşdirilməsi

Bu məxfilik bildirişinin sizin üçün asan anlaşılan olduğuna ümid edirik.

Məlumatların mühafizəsi haqqında qanunlar vacibdir. Onlar qaydaları gücləndirir vəməlumatlarla əlaqədar hüquqlarınızı genişləndirir. Bu qaydaların çoxu mürəkkəb görünəbilər, lakin əksəriyyəti sağlam düşüncəyə əsaslanır. Məlumatlarınızla əlaqədarməsuliyyətimizə ciddi yanaşırıq. YuGo məxfiliyinizi qorumaq və şəffaflığı artırmaq barədə öhdəliyimiz çərçivəsində bu məxfilik bildirişinə dəyişikliklər etməyə davam edəcək.